Qırmızı.az
Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyi ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyinin başqanı ilə görüşdə onları Azərbaycan, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında daha aktiv rol oynamağa çağırıb.
Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişənglə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir" fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındaKİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-lərin bu istiqamətdə həssaslığını daha da artırmasının vacibliyini vurğulayıb.
Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişəng və Dərnəyin üzvləri Azərbaycanı çox sevdiklərini, öz fəaliyyətlərində daim Azərbaycana həssas yanaşdıqlarını və Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiklərini deyərək millət vəkilinin bu işlərin daha da genişlənməsinə böyük ehtiyac olması fikri ilə razılaşaraq bu istiqamətdə səylərini daha da artıracaqlarını deyiblər. O, Azərbaycanı bütün istiqamətlərdə tarix, mədəniyyət, iqtisadiyyat sahəsində daha da geniş və doğru şəkildə tanıdılmasının vacibliyi ilə bağlı Qənirə Paşayevanın fikirlərini dəstəkləyərək bu istiqamətdə səylərini daha da artıracaqlarını bildiriblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişəngə özünün müəllifi olduğu kitablarla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları ,matreialları , həmmüəllifi olduğu və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağını hədiyyə edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu və mədəniyyətimizə aid materialları da təqdim edib və onları maraqlandıran sualları cavablandırıb.
O bildirib ki, Azərbaycan Türklərinin mədəniyyətini, musiqisini, böyük aydınlarını,dahi sənətçilərinin qardaş Türkiyədə daha geniş tanıdılmasına böyük ehtiyac var. O, bizim mədəniyyətimiz də ortaqdır, böyük aydın və sənətçilərimiz də. Ona görə də gənclərimizin onları daha yaxından tanıması, bilməsi çox önəmlidir deyib. Millət vəkili Qənirə Paşayeva bu istiqamətdə mətbuat və medianın üzərinə böyük məsiliyyət düşdüyünü deyib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri