Qırmızı.az
Korrupsioner şirkət rəhbərinə 8 il həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən
prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü
ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan
məhrum ediliblər.
İttihama görə, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru
Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2
qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı
vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən
şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul
vəsaitini mənimsəyiblər.
Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham
ediliblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu