Qırmızı.az
Ortaq türk telekanalının yaradılması barədə qərar verildi
Ortaq türk telekanalı yaradılır, bununla bağlı artıq qərar verilib və yaradılacaq yeni televiziyanın struktur layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev bildirib.
Z.Əliyev deyib ki, bu təşəbbüs bu ilin iyun ayında türkdilli
ölkələrin dövlət başçılarının Bodrumda keçirilən Zirvə görüşündə
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli
sürüldükdən sonra bununla bağlı koordinasiya qrupu yaradılıb:
“Nəhayət, bu il oktyabrın sonunda koordinasiya qrupunun iclasını
keçirərək kanalın yaradılması barədə qərar qəbul olundu. Kanalın
strukturu idarə heyətindən, direktorlar şurasından və redaksiya
heyətintən ibarət olacaq. Telekanal həm ingilis dilində, həm də
türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək.
Bu telekanal “əl-Cəzirə”, “Euronevs” kanalları kimi beynəlxalq
status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə
telekanal fəaliyyətə başlayacaq”.
O, qeyd edib ki, hazırda kanalın adı "Eurasia Life" kimi qəbul
olunsa da, dəyişiklik ola bilər.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər