Qırmızı.az
Nazir əlillərin vəziyyətindən danışdı
“Azərbaycanda əlil şəxslərin sayı 530 min nəfərdir”.
Publika.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əlillər günü ilə əlaqədar əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Nazir bildirib ki, ölkəmizdə əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi əhalinin əsasən gənclərdən ibarət olmasıdır: “Qeyd olunan şəxslərin maddi təminatı daim gücləndirilir. Hazırda əmək pensiyası alanların 28,2%-i, sosial müavinət alanların 58,3 faizi, Prezident təqaüdü alanların 68,3%-i əlilliyi olan şəxslərdir. Əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, əmək pensiyalarının orta aylıq məbləği isə 9 dəfədən çox artırılıb”.
S.Müslümov əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndiyini qeyd edib: “Prezidentin sərəncamı ilə bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq”.
Nazir bildirib ki, ƏƏSMN-nin tabeliyindəki müvafiq müəsissələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunur.
Gülnar
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur