Qırmızı.az
Bakıda yol polisini əzib keçən sürücü məşhur şairin nəvəsidir - VİDEO - FOTO
Yol polisini əzib keçən "Porsche"nin sürücüsünün kimliyi bəlli olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir. Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır.
Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı
avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də
yerləşdirib.
Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün
yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb.
Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yol
polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət
nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun
əmrinə tabe olmayıb.
Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını
arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini
təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb
gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət
alıb.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir