Qırmızı.az
Əflatun Amaşov jurnalistləri öyrədəcək
Bu ilin iyul-avqust aylarında cəbhə bölgəsində baş verən gərginlik zamanı bəzi KİV-in düzgün mövqe tutmamaları ciddi narahatlıq yaratdı.
Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusund keçirilən tədbirdə bildirib.
Ə.Amaşov xatırladıb ki, bununla bağlı əvvəlcə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi müşavirə keçirildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandı və konkret göstərişlər verildi. "Dövlət sirri haqqında" Qanuna dəyişikliklər, eləcə də jurnalsitlərin cəbhə bölgəsində prosesləri işıqlandırmaq üçün Müdafiə Nazirliyində akkreditasiyası, onlar üçün təlimlərin keçirilməsi və s. məsələlər gündəmə gəldi: "Mətbuat Şurası da bununla bağlı tövsiyələrlə çıxış edib. Bizim işimiz təbliğat və təşviqatdır. Biz internet resurslarında və sosial şəbəkələrdə Azərbaycanın əleyhinə olan məlumatların işıqlanmaması üçün həmin qruplarla iş aparmalı, birgə işləməliyik. Bugünkü tədbir start tədbiri hesab edilir. Bundan sonra redaksiyalarda jurnalistlər üçün tədbirlər keçiriləcək".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR