Qırmızı.az
“NATO sammitində Azərbaycan məsələsi müzakirə edilə bilər“
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Publika. Az-a verdiyi açıqlamada böyük dövlətlərin qısa müddətdə keçirdiyi çox mühüm iki toplantısının gündəminə diqqət çəkib:
"Birinci toplantıda dünyanın 8 böyük ölkəsinin lideri bir araya gələrək, qlobal problemləri müzakirə etdilər. Bu sırada ən vacib məsələ maliyyə böhranından çıxış yollarının müzakirəsidir. Çünki həm ABŞ, həm də Avropa Birliyi ölkələri neçə il öncə başlayan iqtisadi böhranın nəticələrini aradan qaldırmayıblar.
İkinci toplantı isə ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO sammitidir ki, burada beynəlxalq aləmi narahat edən təhlükəsizlik mövzuları gündəmə gətirilib. Söhbət, Əfqanıstan və Suriyadakı durumdan, o cümlədən İranın nüvə çalışmalarından gedir. Bu 3 məsələ böyük dövlətlərin əsas başağrısıdır".
Elxan Şahinoğlu hər iki toplantının iki özəlliyini qeyd etməyi vacib bilib:
"Həm "Böyük səkkiz"lərin toplantısı, həm də NATO sammiti ABŞ-da gerçəkləşib. Bu da indiki mərhələdə beynəlxalq mövzuların daha çox Vaşinqton tərəfindən müəyyənləşdiyinə dəlalət edir.
Bu toplantıların ikinci özəlliyi ondan ibarətdir ki, Rusiyanın yeni prezidenti Vladimir Putin hər iki toplantıya qatılmaqdan imtina etdi. Açıqlanmasa da səbəb odur ki, Putin ABŞ-ın raketlərdən müdafiə sistemlərinin Şərqi Avropada yerləşdirməsindən narazıdır. Beləliklə, Putin artıq indidən ABŞ-a meydan oxumağa başlayıb".
NATO-nun Çikaqo sammitinə quruma üzv ölkələrlə yanaşı, tərəfdaş ölkələrin dövlət başçılarının da dəvət olunduğunu vurğulayan analitik bu mənada Azərbaycan prezidenti İlham Əliyevin də sammitə qatılması əlamətdar hadisə sayıb:
"Azərbaycan NATO-nun ən vacib tərəfdaşlarından birinə çevrilib. Bu da onunla əlaqədardır ki, NATO-nun Əfqanıstana ünvanlanan yüklərin önəmli hissəsi Azərbaycanın hava limanı üzərindən daşınır.
Digər tərəfdən Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında da fəal iştirak edir. Bu da Şimali Atlantika Bloku üçün az əhəmiyyətli deyil.
NATO ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın özünə də lazımdır. İrandan Azərbaycana qarşı artan təhdidlərin fonunda Azərbaycanın Qərbin təhlükəsizlik institutları ilə əməkdaşlığını genişləndirməyə ehtiyac var. Düşünürəm ki, bu mövzuda da Çikaqoda müzakirələr aparılacaq".
Mayın 18-19-da ABŞ-da "Böyük səkkizliy"in (G8) sammiti keçirilib, mayın 20-də isə Çikaqoda NATO-nun iki günlük sammiti başlayıb.
Publika.Az
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı