Boynuna aldı, əmisi oğlunu bıçaqlayıb
Bizi izləyin

İdman

Boynuna aldı, əmisi oğlunu bıçaqlayıb

“Spartak”ın keçmiş hücumçusu Kvinsi Promes qohumuna xəsarət yetirdiyinə görə Niderlandda on səkkiz ay həbs cəzasına məhkum edilmişdi.

Publika.az xəbər verir ki, Promes hökmlə razılaşmayıb və apelyasiya şikayəti verib. Məhkəmə prosesi hələ də davam edir. Niderlandın NU xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı keçirilən ilkin apellyasiya dinləməsi zamanı Promes vəkilləri vasitəsilə 2020-ci ilin iyul ayında mübahisə zamanı qohumunu bıçaqladığını etiraf edib.

Lakin onun vəkilləri Kvinsinin özünümüdafiə məqsədilə hərəkət etdiyini və cəzaya layiq olmadığını iddia ediblər. Vəkillər iddia edirlər ki, Promes ilə əmisi oğlu arasındakı mübahisə sonuncunun zinət əşyalarını oğurlamasından qaynaqlanıb. Qızıllar Promesin xalasının olub və futbolçu tərbiyəsində iştirak etdiyi üçün onu ikinci ana hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm