Adam ətini qoyun əti adından satdılar - ŞOK
Bizi izləyin

Qırmızı.az

Adam ətini qoyun əti adından satdılar - ŞOK

Şimali Koreyadan Cənubi Koreyaya qaçan 230 nəfər insan yaşadıqları ölkədə adam əti yedikləri və buna görə edam cəzası gözlədiklərini bildiriblər.

Publika.Az-ın məlumatına görə, miqrantlar deyiblər ki, edam edilənlər arasında insan ətini qoyun əti adından satanlar da var.

Koreya Milli Birlik İnstitutuna açıqlama verən miqrantlar Şimali Koreyada adamyeyənlərin olduğunu növbəti dəfə gündəmə gətiriblər.

Dünyanın ən təcrid olunmuş ölkəsi sayılan Şimali Koreyada adam ətininn yeyilməsi halları 90-cı illərdə 2 milyonun ölümünə səbəb olan aclıq vaxtı ortaya çıxmışdı.

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi adam əti yemə faktının bu gün də davam etdiyini bildirib.

Cənubi Koreyaya qaçanlardan biri sonuncu dəfə Musan şəhərində bir nəfərin adam əti yediyi üçün edam olunduğunu, 2006-cı ildə ata ilə oğlunun insan əti yedikləri zaman saxlanıldıqlarını və güllələndiklərini bildirib.

Miqrantlarda binin sözlərinə görə, 2009-cu ilin fevral ayında Hyesam şəhərində qız uşağını öldürüb yeməkdə ittiham olunan bir nəfər edam olunub. Həmin şəxs verdiyi ifadəsində aclıqdan belə etdiyini söyləyib.

Cənubi Koreyada gələn həftə yayımlanacaq hesabatda Caleb Missiyası adlı missioner qrupun Şimali Korayadan oğurladığı sənədlər yer alır. Şimali Koreya polisinə aid sənədlərdə adam əti yemək ittihamı ilə öldürülən çoxlu insan haqqında məlumatlar var.

Sənədlərə görə, edam olunan insanlardan biri acından ölməmək üçün balta ilə iş yoldaşını öldürüb. Qurbanının bir hissəsini yeyən şəxs cəsədin qalan hissəsini qoyun əti adı ilə satıb.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm