Qırmızı.az
Seymur Baycan: “Anar getsin, qulağı da dinc olsun”
Yazıçılar Biirliyinin (AYB) sədri Anar Rzayev "Yeni Müsavat" qəzetinə müsahibəsində ona qarşı olan hücumlardan danışıb və deyib ki, "ondan əl çəksələr, sədrlikdən gedə bilər".
Bu məsələ ilə bağlı AYB-nin mətbuat katibi Ədalət Əsgoroğlu Publika.Az-a deyib ki, Anarın sözündə həqiqət var və sözügedən hücumların mənbəyi şübhəlidir:
"Mənbəyi bilinməyən bu hücumlar, adətən Anar müəllimi hədəfə götürür. Anar müəllimə qarşı elə təhqirlər, şərləmələr işlədilir ki, heç bir əxlaq çərçivəsinə sığmır. Çox zaman yoxlanmamış şaiyələri bizə qarşı istifadə edirlər. Bu yaxında ANS telekanalında mənim övladım haqqında şərləmə getdi, guya ki, mənim övladlarımdan biri prezident təqaüdü alır. Halbuki, mənim heç bir övladım AYB üzvü deyil".
Anar müəllimin "çıxıb getməsi" barədə sualı şərh etməsə də, Ədalət Əsgəroğlu vurğulayıb ki, münaqişə yaradan məqamlar əsasən AYB-dən kənarda doğulur:
"Bizim işimizə mane olurlar, qoymurlar qurultaya hazırlaşaq, işlərimizlə məşğul olaq. Son günlər mətbuatın diqqət mərkəzindəyik, amma biz də bu stresslə qurultaya hazırlaşa bilmərik. Özləri elə də böyük sənətkar olmayanlar Türk dünyasının fəxri olan Anar müəllimə qarşı böhtanlar və təhqirlər işlədirlər. Mən anlaya bilmirəm, kimə və nəyə görə lazımdır bu?"
AYB mətbuat xidmətininn rəhbəri əmindir ki, bu hücumları konkret olaraq, məqsədli şəkildə yönəldən qüvvələr var:
"Bu qərəz Anar müəllimi yox, ictimaiyyəti çaşdırmaq üçün yeridilir. Əvvəl elə düşünürdük ki, ədəbi ictimaiyyyət üçün atılır bu addımlar. Ama indi gönürür ki, ümumilikdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır".
Anara hücumlarla bağlı ən çox adı çəkilən yazarlardan biri Seymur Baycan isə deyib ki, onun işi-gücü Anarı hədəf almaqdan ibarət deyil:
"Anar özü bu həddə çatdırıb durumu. Onun gedib-getməməsi bizə aid məsələ deyil. Öz işidir. Qalacaqsa, yenə də vaxtaşırı fikrimizi bildərəcəyik. Gedəcəksə, qulağı da dinc olacaq".
O vurğulayıb ki, AYB üzvü olmasa da, bu qurum dövlət tərəfindən maliyyələşdiyinə görə, bir vətəndaş kimi münasibət bildirməyi özünə borc bilir:
"Qaldı ki, o gedəcək, ya da qalacaq, sonrakı proseslərdən asılıdır. O, əvvəl də demişdi ki, mən burda düşmənlərin acığına oturmuşam, getmirəm. Amma bunu prinsipə çevirmək düz deyil. Yəqin, özülüyündə düşünür ki, 2-3 uşağa görə çıxıb getməyi düz deyil. Pisinə gəlir. Amma qoca kişidir, qoy getsin, qulağı da dinc olsun".
Rüfət Əhmədzadə
Publika.Az
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO