Qırmızı.az
Həmyerlimiz Türkiyə ictimaiyyətini heyrətləndirdi (FOTO)
Türkiyənin İstanbul şəhərində “Niş Art” galereyasında Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib. Publika.az-ın məlumatına görə, sərgidə Tünzalə Məmmədzadə və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın əsərləri nümayiş olunub.
Sərgidə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi
Ziyadxan Əliyev, Azərbaycan Respublikasının İstanbuldakı konsulu
Esmira Hüseynova, “Yeditepe” Universitetinin dosenti Teymur Rzayev,
Türkiyede yaşayan azərbaycanlı rəssamlar Ədalət Qarayev, Əbülfəz
Fərəcoğlu sərginin açılışında çıxış edərək rəssamın yaradıcılığının
Azərbaycan rəssamlığında yeni yol olduğunu vurğulayaraq sərgilənən
əsərləri yüksək dəyərləndirib və uğurlar arzulayıblar. Sərginin
açılışında Ziyadxan Əliyev Rəssamlar İttifaqının Təbrikini rəssama
təqdim etdi.
Sonda rəssam Tünzalə Məmmədzadə başda Ziyadxan Əliyev olmaqla
sərginin açılışında çıxış edən qonaqlara təşəkkürünü bildirib,
xarici ölkələrdə də Azərbaycan rəssamlığını layiqincə təmsil
edəcəyini söyləyib.
Qeyd edək ki, Tünzalə Məmmədzadə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının və Marmara Universitetinin doktorantura pilləsində
təhsil alır. Yaradıcılığını Türkiyə Cumhuriyyətində davam etdirən
həmyerlimiz rəssam Tünzalə Məmmədzadə dekorativ tətbiqi sənətlə
təsviri sənəti sintez edərək şəffaf ipək üzərində rəsm əsəsrləri
yaradan ilk rəssamdır.
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO