Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı - SƏRƏNCAM
Bizi izləyin

Qırmızı.az

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olduğu bildirilir. “Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır”.

Sərəncamda Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm