Qırmızı.az
İmişlidə qətl törətmiş şəxs tutuldu
Bir il əvvəl törədilmiş qətlin üstü açılıb.
Baş prokurorluqdan Publika.az-a verilən məlumata görə, 12 yanvar 2014-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün, 1968-ci il təvəllüdlü Səfərova Reyhan Cümşüd qızının yaşadığı evin yaxınlığında çoxsaylı bıçaq xəsarətləri ilə meyitinin aşkar edilməsi faktına görə İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.
İş üzrə təxirəsalınmaz istintaq hərəkətləri aparılıb, o cümlədən çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
Rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1985-ci il təvəllüdlü, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Kazımov Zülfü Vaqif oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı Z.Kazımov istintaqa məlum olan şəxslə qabaqcadan əlbir olub R.Səfərovanı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri ilə öldürməsini etiraf edib və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat