Qırmızı.az
Abutalıbov kupçasız evlərə nə zaman baxacaq?
Bakıda və ətraf qəsəbələrdə 400 minə yaxın qeydiyyatsız ev var.
Axar.az xəbər verir ki, bu, təxminən yarım milyona yaxın mülkün “kupça”sız tikili olduğu anlamına gəlir. Məlumata görə, 2 milyona yaxın insanın “kupça”sız mənzildə yaşayışı meriya qarşısında ciddi problem olaraq qalır.
Bakı şəhər İcra Hakimiyyəti isə evlərin qeydiyyatı ilə bağlı sənədləşmə işlərini Avropa Yay Oyunlarından sonraya saxlayıb. Meriyaya yaxın çevrədən redaksiyamıza daxil olan xəbərə görə, BŞİH olimpiya yarışmasından sonra “kupça”sız evlər probleminə köklü şəkildə baxmağa başlayacaq. Çünki 400 minə yaxın tikilinin nə kütləvi sökülməsi çıxış variantıdır, nə də havada qalması.
Bundan əlavə, qeydiyyatda olmadıqlarına görə vətəndaşlar dövlət hesabına pulsuz tibbi xidmətdən yararlana bilmirlər, yolları, küçələri öz hesablarına təmir etdirməlidirlər, kommunikasiya xətlərini özləri çəkdirməlidir və s.
Məsələn, paytaxtın belə massivlərindən biri Alatava qəsəbəsidir. Buradakı evlərin 90 faizi qeydiyyatsızdır və məlumata görə, 2015-ci il may ayından sonra sənədləşmə proseduruna start verilə bilər.
Xatırladaq ki, 2011-ci ilin martında Azərbaycan prezidenti Bakı şəhər İcra Hakimiyyətinə sənədsiz evlərin sənədləşdirilməsi göstərişini vermişdi. Bu tapşırıqdan üç il keçir və problem aktual olaraq qalır.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq