Qırmızı.az
Ermənilər Tərtər istiqamətində hərəkətə keçib
Tərtərin Qapanlı və Qaradağlı kəndləri istiqamətində erməni silahlı birləşmələri hərbi əməliyyata cəhd göstərib. Tərtərin Qapanlı və Qaradağlı kəndləri iri çaplı silahlardan gülləbaran edilib.
Saat 15:00-da başlayan atışmada sözügedən kəndlərdə bir çox evlərin dam örtüyü, pəncərələri qırılıb. Hətta bir neçə evin içərisində mebellərdə güllə izləri var.
Azərbaycan ordusunun cavab həmləsindən sonra ermənilərin əməliyyatı dayandırılıb. Qaradağlı və Qapanlı kənd sakinlərinin narahat olmadığı və belə əməliyyatlara psixoloji hazırlığı barədə müxbirimiz məlumat verir. Xatırladaq ki, Soçi olimpiadası müddətində atəşkəsin ciddi qorunması ilə bağlı razılaşmanı ermənilər dəfələrlə pozublar. Ancaq son 5 gündə ilk dəfədir ki, iri çaplı silahlardan iki kənd iki saat müddətində əməliyyat çərçivəsində gülləbaran edilir. /Axar.az/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu