Qırmızı.az
Bir neçə direktor vəzifəsindən azad edilib
Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının direktorları tutduqları vəzifədən azad edilib.
Publika.az-ın məlumatına görə, bu barədə qərar Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. İnstitutun direktoru vəzifəsinin icrası qurumun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədova həvalə edilib.
Vasif Abbasov Təcrübə-Sənaye Zavodunun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Reyhan Qasımova AMEA-nın Yer Elmləri Bölməsinin elmi katibi vəsifələrinə təyin olunub.
Aparatın Təhsil şöbəsi mövcud ştat vahidləri ilə Elm və təhsil idarəsinin strukturuna daxil edilib. İdarənin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Yeni idarənin əsasnaməsinin hazırlanıb, Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.
Növbəti qərarla AMEA-nın daimi fəaliyyət göstərən Elmi nailiyyətlər sərgisinin Əsasnaməsi və İşçi qrupunun tərkibi təsdiq olunub. AMEA Rəyasət Heyətinin aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva sərginin rəhbəri təyin edilib.
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO