Qırmızı.az
Dələduz holdinq rəhbərinin işi məhkəməyə göndərildi
Dələduzluqda təqsirləndirilən holdinq rəhbərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı M.Səfərovun “İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada bir otaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan