Lotu Quli türmədə 3 nəfərə ölüm hökmü çıxardı
Bizi izləyin

Qırmızı.az

Lotu Quli türmədə 3 nəfərə ölüm hökmü çıxardı

Moskvada azərbaycanlılara məxsus “Abşeron” restoranında bir neçə gün əvvəl baş verən və 3 nəfərin ölümü ilə nəticələnən atışmanın sensasion təfərrüatları məlum olub.

Virtualaz.org xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr bu atışmanın Lotu Quli ləqəbli Nadir Səlifovun klanı ilə Azərbaycan və İnquşetiya əsilli kriminalların bir neçə qruplaşması arasında aylardır davam edən çəkişmənin nəticəsi olduğunu bildiriblər. Xatırladaq ki, mətbuatda gedən xəbərlərə əsasən bu atışma Nadir Səlifovun tərəfdarları ilə Dato Ağcabədinski ləqəbi ilə tanınan, əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmalar arasında olmuşdu. Atışma zamanı Dato Ağcabədinski və onun yaxın adamı olan Şirvan sakini Natiq Əlibayramlinski qətlə yetirilib. Tərəflər arasında başlayan davada odlu silahdan istifadə olunub. Natiq Əlibayramlinski “Kalaşnikov”dan açılan atəş nəticəsində ölüb. Payızda başlayan müharibə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, kriminal müharibə hələ 2014-cü ilin payızından başlamışdı. Səbəb isə aşağıdakı əhvalat idi. Bir neçə Azərbaycan vətəndaşı Moskvadakı avtosalonların birindən 4 maşın almağa qərar verir.

Qiymət qəbzində göstərilən məbləği ödəyəndən sonra onlar nəqliyyat vasitələrinin verilməsini gözləyiblər. Ancaq gözlənilmədən avtosalonun əməkdaşları elan ediblər ki, onlar hər maşına görə dəyərindən 30 faiz əlavə pul ödəməli olacaqlar, komission haqqı kimi. Qalmaqal başlayıb, ancaq alıcılar nə maşınları, nə əvvəl ödədikləri pulları ala bilməyiblər və heç nəsiz getməli olublar. Lakin bu alıcıların hazırda həbsdə olan nüfuzlu kriminal avtoritet Lotu Qulinin qohumlarından biri ilə yaxın münasibətlər saxladığı məlum olub. “Rosbalt” qeyd edir ki, Lotu Quli Azərbaycanda uzunmüddətli həbs cəzası çəkir, ancaq elə birbaşa həbsxanadan Moskvadakı qruplaşmasını idarə edir. Restorana basqın və… Bakıdakı 6-cı kalona zəng Beləliklə, Lotu Qulinin adamları bu maşın söhbətinə qarışıb və tezliklə müəyyən ediblər ki, həmin avtosalonun kriminal “krışası” Ruslan Qardabanski adlı kriminal avtoritetdir. Onlar mafiozu qorxudublar və tələb ediblər ki, maşınları dərhal alıcılarına versin. R.Qardabanski özünü elə göstərib ki, guya bu tələblə razılaşıb, ancaq “qonaqları” yola salan kimi inquş cinayətkar qruplaşmasına rəhbərlik edən qohumu Əhməddən kömək istəyib.

Ötən ilin noyabrında Ruslanın və Əhmədin adamlarından ibarət 30 nəfərdən çox adam Moskvadakı restoranlardan birinə basqın edib. Həmin vaxt Lotu Qulinin klanının maşın söhbətinə görə Ruslanı hədələyən üç adamı o restoranda yeyib-içirmiş. Gələnlər onları təhqir ediblər, Lotu Qulinin adamları isə dərhal Bakıya – öz şeflərinə zəng edərək dəstəyi Ruslana veriblər. Qanuni oğru Ruslan Qardabanski barədə xeyli xoşagəlməz sözlər deyir, o da birtəhər cavab verməyə çalışır. Bu vaxt dəstəyi Əhməd qapır və Lotu Qulini təhqir etməyə başlayır. “Bundan sonra artıq Ruslan və Əhmədin taleyi həll edilmiş sayılırdı: Səlifov onlara ölüm hökmü çıxardı” – deyə agentlik yazır. Qardabanskiyə 4 güllə, ancaq… Tezliklə Moskvada Qardabanskiyə sui-qəsd törədilir. Killerlər ona dörd güllə atırlar, ancaq “avtoritet” sağ qalır. Yeri gəlmişkən, o, xəstəxanada da çox ləngimir. Lotu Qulinin döyüşçüləri onu birbaşa palatada öldürmək istəyirdilər, ancaq Ruslan qaçmağa nail olur. Əhməd kimi o da Lotu Qulinin qisasından qorxaraq gizlənməyə başlayır. Qanqsterlər bu təhlükəyə qarşı kriminal aləmin başqa nüfuzlu nümayəndələrindən müttəfiqlər axtarmağa çalışır.

Belələrini isə digər azərbaycanlı kriminal avtoritet, Lotu Qulinin qatı düşməni Rövşən Lənkəranskinin son vaxtlar sıraları xeyli seyrələn “briqadası”ında tapırlar. Bir neçə toqquşmadan sonra münaqişə edən tərəflər situasiyanı fevralın 10-da gecə 15-ci Park küçəsindəki “Abşeron” restoranında müzakirə etməyi qərara alırlar. Restoranda masa arxasında Ruslan və Rövşənin qruplaşmasından olan azərbaycanlılar oturublar. Tezliklə Lotu Qulinin adamları da ora gəlir. Bundan sonra hadisələr əsl vestern janrında cərəyan edir. Maşın söhbəti qalır kənarda… Söhbət xeyli uzun çəkir, düşmənlər heç cür razılığa gələ bilmirlər. Bunu etmək də əslində mürəkkəb idi. Söhbət faktiki olaraq həmin 4 maşından yox, eyni vaxtda bir neçə qruplaşmanın liderlərinin şəxsi ambisiyalarından gedirdi. Söhbətin tonu yüksəlməyə başlayır. Lotu Qulinin adamları opponentlərinə xəbərdarlıq edir ki, belə söhbətə görə onların vəziyyəti yaxşı olmaya bilər. Buna cavab olaraq Ruslan Qardabanskinin və Rövşən Lənkəranskinin adamlarından biri döyüş tapançasını çəkir, nümayiş etdirir ki, xoşagəlməz vəziyyətə hazırdırlar. Səlifovun klanının üzvləri restoranı tərk edir, ancaq cəmi bir neçə dəqiqəliyə – öz maşınlarından silahları götürmək üçün. Bunu onların düşmənləri də başa düşüblər. Onlardan biri tapançasını hazır vəziyyətə gətirərək restoranın giriş qapısı ağzında mövqe tutur. Əsl kovboylar kimi…

“Qanqster duelə hazırlaşan kovboyu xatırladırdı” - deyə atışmanın şahidlərindən biri sonradan danışıb. Ancaq Lotu Qulinin adamları içəri girməyiblər. Qapının ağzında mövqe seçən həmin “kovboy”a birbaşa şüşə qapının arxasından, avtomatdan atəş açırlar. Ancaq “kovboy” da cəld tərpənib, avtomatlı ilə eyni vaxtda silahını işə salıb və ona cavab atəşləri açıb. Nəticədə hər iki “döyüşçü” ciddi yaralanıb və canlarını tapşırıblar. Döyüş zamanı kriminal aləmin daha bir neçə nümayəndəsinə güllə dəyib, onlardan biri ölüb. Yaralıları xəstəxanaya aparmayıblar (Virtualaz.org-a məlum olmuşdu ki, atışmada restoranda ofisiant işləyən rus qız da həlak olub). Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Lotu Quli və “döyüşçüləri” olduqca qətiyyətli əhvaldadır, çünki bu kriminal müharibənin sonunu gözləməyə dəyməz…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm