Qırmızı.az
Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması”mövzusunda maarifləndirmə tədbiri keçirib.
BDU-dan Publika.az-a verilən məlumata görə, tədbiri universitetin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev açaraq onun əhəmiyyətindən danışıb.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə keçirildiyini bildirib. Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.
Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan