Qırmızı.az
Gürcüstanda “Alfa Ekstrim-Bakuriyani” Düşərgəsi yekunlaşıb
“İrəli” İdman Mərkəzi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın Bakuriyani şəhərində gənclər üçün “Alfa Ekstrim–Bakuriyani” Düşərgəsi yekunlaşıb.
Publika.Az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində iştirakçılar Bakuriyani şəhərində turistik məkanları gəziblər. İştirakçılar Playground scooter yarış meydançasıyla tanış olublar, Scooter yarışmalarına qatılıblar.
Layihənin növbəti günlərində "Azərbaycanda idmanın inkişafı" mözvzusunda seminar keçirilib. Seminar “İrəli” İctimai Birliyinin Korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev tərəfindən aparılıb.“İrəli” İctimai Birliyinin Korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev və təşkilatın İdman Mərkəzinin rəhbəri İsa Muradov tanınmış idman ustası İnna Sutidze ilə görüşüb və qış idman növləri haqqında geniş müzakirələr aparıblar.
Həmçinin iştirakçılar Marneuli Gənclər Mərkəzi ilə tanış olublar. Görüşdə iştirakçılarla yanaşı, Gürcüstan Baş Nazirinin köməkçisi Savalan Mirzoyev, Marneuli Gənclər Mərkəzinin layihə rəhbəri Emil Əhmədov, "İrəli" İctimai Birliyinin Korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev və "Qan Donorları Assosiasiyası"nın rəhbəri Fuad Əsgərov iştirak edib.
İştirakçılar SOCAR-ın dəstəyi ilə Marneuli Gənclər Mərkəzinin keçirdiyi layihələr və həmçinin mərkəzdə keçirilən kurslarla yaxından tanış olublar. Eyni zamanda Gürcüstanda yaşayan Azərbaycanlı gənclərlə görüş baş tutub və müzakirələr aparılıb. Görüşdə Gürcüstan Baş Nazirinin köməkçisi Savalan Mirzoyev də iştirak edib. Müzakirə zamanı Niyaz Əliyev tərəfindən təklif edilən yeni Alfa-Batumi layihəsi Marneuli Gənclər Mərkəzi tərəfindən bəyənilib və bu layihənin dəstəklənəcəyi bildirilib.
Görüş zamanı Fuad Əsgərov "Gürcüstan Gənclərinin Dostu" mükafatı ilə təltif olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu