Azərbaycanda "bayram terroru"
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda "bayram terroru"

Azərbaycanda Novruz bayramı günlərində baş verən yol qəzaların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb 25 nəfər xəsarət alıb.

Kamran Əliyev bildirib ki, yol hadisələrindən 10-u Bakıda qeydə alınıb. Qəzalar zamanı 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Son üç gündə baş verən hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxtın payına düşüb. Belə ki, 8 hadisədən 6-sı Bakıda baş verib. Ölüm hallarının hamısı bu faktlarla bağlıdır.

DİN rəsmisi qeyd edib ki, 11 yol qəzasına səbəb avtomobillərin toqquşması olub. Bu cür qəzalar zamanı 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında baş verib. Belə ki, sutkanın qaranlıq vaxtı yol qəzaları zamanı 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm