Prokurorluq orqanları işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Prokurorluq orqanları işçi axtarır

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu aprelin 24-dək davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olub, prokurorluq orqanlarının kadr heyətinin yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaradıb.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm