Qırmızı.az
Bakının kül olmuş binası - FOTOLAR
Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın zamanı sakinlərin evlərinə böyük zərər dəyib. Bunu həmin binaya baxış zamanı gördük.
Müşahidələrimiz zamanı bina sakinlərinin yanmış evlərindən
köçdüyünü gördük. Sakinlər yanmış evlərində salamat tapa bildikləri
əşyalarını yığışdırıb köç edirdilər. Mənzillərdən birində gənc qıza
aid olan protez ayaq diqqətimizi çəkdi. Gənc qız yanğın başlayanda
protezini evdə qoyaraq canını çətinliklə alovun dilimlərindən
qurtara bilib.
Yanmış mənzillərin hər birində illərlə insanların zəhmətlə
qazanaraq aldıqları əşyaların bir ovuc külü görünürdü.
Sakinlər bildirdilər ki, artıq hadisə yerinə baxış keçirilib.
Binanın yanmış üzlərinin dəyişdirilməsinə başlanılıb.
Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq
Quliyevin verdiyi məlumata görə, hazırda hadisə yerində olan
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, rayon İcra
Hakimiyyətinin əməkdaşları, fövqəladə hallar komissiyasının üzvləri
araşdırma aparır. Araşdırmalardan sonra əhaliyə dəymiş ziyan
müəyyən edilərək və kompensasiya ödəniləcək. Bundan əlavə, sakinlər
İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların
evləri təmir olunana qədər kirayə haqqı dövlət tərəfindən
ödəniləcək”, - deyə Rafiq Quliyev bildirib.
Qeyd edək ki, ötən gün Zığ şosesi, 16 ünvanı, "Nargilə"
kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli
yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta
konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə
yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (ans)






















-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO

































