Yaxın Şərq
Hər şey yox olacaq: ABŞ İrana qarşı bunu etsə, sivilizasiyanın sonu gələcək
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Skott Ritter "Judging Freedom" YouTube kanalında çıxış edərək bildirib ki, Donald Trampın İrana qarşı elan etdiyi hər hansı yeni ABŞ hücumu regionda infrastrukturun qarşılıqlı dağıdılmasının dönməz dövrəsini tətikləyəcək.
Publika.az xəbər verir ki, Ritterin sözlərinə görə, Amerika təzyiqi İran rəhbərliyi tərəfindən faktiki olaraq müharibə elanı kimi qəbul ediləcək və Tehran və müttəfiqlərinin cavabı yalnız zaman məsələsi olacaq:
“Əgər biz elektrik stansiyasına zərbə endirsək, bütün Yaxın Şərqdə işıqlar sönəcək. Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dəki bütün əsas enerji obyektləri, sadəcə yox olacaq".
Ritter vurğulayıb ki, əgər gərginlik daha da artsa, erərsə, duzsuzlaşdırma zavodlarına hücum ola bilər ki, bu da birbaşa İsrailə təsir edəcək.
"Bu, yaşamaq məsələsidir - bu, regionda müasir sivilizasiyanın sonudur", - deyə Ritter yekunlaşdırıb.
Keçmiş kəşfiyyat zabiti xatırladıb ki, məhz bu cür risklər üzündən əvvəlki münaqişənin dayandırılması mümkün olub: Tramp başa düşüb ki, eskalasiyanın daha da artması ilə Yaxın Şərq "daha yüz il" enerji təmin etməyəcək.
Lakin Ritterin sözlərinə görə, ABŞ prezidenti hazırda yeni, heç də az təhlükəli olmayan bir yanaşmanı seçir: dəniz blokadası.
"Blokada, tərifinə görə, müharibə aktı deməkdir. Bu, faktiki olaraq İrana müharibə elan etməkdir. Mən gözləyirəm ki, iranlılar bunu düşmənçilik hərəkəti kimi qəbul edəcəklər və müttəfiqləri də sadəcə arxayınlaşıb izləməyəcəklər", - deyə ekspert yekunlaşdırıb.
Müəllif: Tural
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı


















.jpg)
















