Dünya
Keçmiş prezident təqaüdündən narazıdır - Kifayət etmir
Polşanın keçmiş prezidenti Lex Valensa təqaüdünün kifayət etməməsindən şikayətlənib.
Publika.az xəbər verir ki, yerli kanallardan birinə müsahibə verən Valensa 3770 dollar aldığını bildirib.
1990-cı ildən 1995-ci ilə qədər prezident vəzifəsində çalışan Valensa "Təqaüdünüzdən razısınızmı sualına belə cavab verib:
"Əgər razı olsaydım, göbələk yığardım və ya balıq tutardım, amma hələ də işləyirəm. Təqaüdümün böyük hissəsini yaşayış xərclərinə, səhiyyəyə və peşəkar fəaliyyətimin davam etdirilməsinə xərcləyirəm".
Valensa, həmçinin, Sosial Təminat İdarəsindən başqa bir təqaüd almaq hüququna malikdir, lakin prinsip etibarilə onu almayıb.
"Mən bu təqaüdü 20 ildir almıram. Çünki Polşa kasıb ölkədir", - deyə keçmiş prezident bildirib.
Əvvəllər Polşanın keçmiş prezidenti (1995-2005) Aleksandr Kvasnevski də prezident təqaüdünün yaşamaq üçün kifayət etmədiyini demişdi. (Unikal)
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



