Səhiyyə
Evliliyin sağlamlıq üçün inanılmaz faydaları ÜZƏ ÇIXDI
Heç vaxt nikahda olmayan insanlar onkoloji xəstəliklərlə daha tez-tez qarşılaşa bilərlər.
Publika.az xəbər verir ki, Mayami Universitetinin tədqiqatçıları milyonlarla tibbi hadisəni təhlil edərək belə qənaətə gəliblər. Elmi iş "Cancer Research Communications" (CRC) jurnalında dərc olunub.
Alimlər 2015–2022-ci illər ərzində ABŞ-ın 12 ştatında 30 yaşdan yuxarı şəxslər arasında 4 milyondan çox xərçəng hadisəsini araşdırıblar. Məlum olub ki, heç vaxt evli olmayan kişilərdə xəstələnmə göstəricisi nikahda olan və ya olmuş şəxslərlə müqayisədə 68%, qadınlarda isə 85% daha yüksəkdir.
Lakin tədqiqatçılar vurğulayıblar ki, bu, “evlilik xərçəngdən qoruyur" kimi təsnif edilməməlidir.
"Bu o deməkdir ki, partnyoru olmayan insanlar risk faktorlarına qarşı xüsusilə diqqətli olmalı, skrininqlərdən keçməli və sağlamlıqlarını izləməlidirlər", — deyə klinik psixoloq Frenk Penedo qeyd edib.
Müəlliflərin sözlərinə görə, fərqlər birbaşa ailə vəziyyəti ilə deyil, həyat tərzi və davranışla bağlıdır. Siqaret çəkmə, stress səviyyəsi, tibbi müayinələrin mütəmadiliyi və hətta uşaqların olması - bütün bunlar xərçəng riskinə təsir edir və eyni zamanda insanın nikahda olub-olmaması ilə əlaqəlidir. Bundan əlavə, əks effekt də mümkündür: daha sağlam insanlar ilkin olaraq daha tez-tez ailə qururlar.
Xüsusilə nəzərəçarpan fərqlər xərçəngin bəzi növlərində aşkar edilib. Belə ki, subay kişilərdə anal kanal xərçəngi riski təxminən beş dəfə yüksək olub, nikahda olmayan qadınlarda isə uşaqlıq boynu xərçənginə demək olar ki, üç dəfə daha çox rast gəlinib. Hər iki xəstəlik insan papilloma virusu (İPV) ilə bağlıdır və alimlər ehtimal edirlər ki, partnyorun olması vaxtında diaqnoz qoyulma ehtimalını artıra bilər. Bununla belə, skrininq proqramlarının yaxşı qurulduğu xərçəng növlərində, məsələn, süd vəzi və ya prostat xərçəngində fərq əhəmiyyətli dərəcədə az olub.
Buna baxmayaraq, araşdırma göstərir ki, sosial faktorlar xəstəlik risklərinin qiymətləndirilməsində mühüm rol oynaya bilər. Epidemioloq Paulu Pinyeyru vurğulayıb ki, ailə vəziyyəti populyasiya səviyyəsində xərçəng riski üçün vacib bir marker ola bilər. Eyni zamanda alimlər xatırladıblar ki, təkliyin özü "zərərli" bir vəziyyət deyil — onun daha geniş sosial əlaqələr və şəxsi inkişaf üçün daha çox imkanlar daxil olmaqla öz üstünlükləri də var.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir











.png)






.webp)





.jpg)













