Qırmızı.az
Azərbaycanda yeni institutlar yaradılır
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi elmi müəssisələrin adları dəyişdirilib, həmçinin yeni institutların yaradılması nəzərdə tutulur.
Publika.Az-ın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasında bildirib ki, elm və texnologiyanın inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Akademiyanın nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşaiyyət olunur. Bu, AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb.
İclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub. Həmçinin qərara alınmışdır ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “sosiologiya” sözü götürülsün, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.
Publika.Az
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ