Qırmızı.az
Xocalı soyqrımı İtaliya mətbuatında - FOTO
İtaliyanın “Ragusaoggi.it” saytında “Xocalı. Azərbaycan xalqının qəlbində açıq yara” başlıqlı məqalə dərc edilib. Məqalədə Xocalı faciəsi Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən törədilmiş Xocalı Soyqrımı adlandırılıb. Bundan başqa yazıda Xocalı faciəsinin ulu öndər Heydər Əliyev tərəfindən bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirildiyi qeyd olunub.
Müəllif diqqətə çatdırır ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə yüzlərlə azərbaycanlı Xocalıda qəddarlıqla
qətlə yetirilib. Bu hadisənin soyqırımı kimi tanınması olduqca
vacibdir.Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil
olmaqla 613 nəfər vəhşicəsinə öldürülüb, 8 ailənin həyatına
tamamilə son qoyulmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərdən birini itirib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər
girov götürülüb.
Məqalədə bildirilir ki, məşhur jurnalist, “Qara
bağ” kitabının müəllifi Tomas de Vaal 2000-ci ildə hazırkı
Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə alıb. S.Sarkisyan
müsahibəsində deyib: “Xocalı hadisələrinədək azərbaycanlılar elə
bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Bütün bu
düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər Xocalı
qətliamının məhz ermənilər tərəfindən törədilən ağır bir cinayət
olduğunu bir daha sübut edir.
Müəllif münaqişənin sülh yolu ilə həll edilməsi
üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub.
Qeyd edib ki, problemin nizamlanması istiqamətində qurum bir sıra
addımlar atsa da, indiyədək heç bir nəticə əldə
edilməyib.
Yazıda, həmçinin cari il fevralın 12-də Romada
Xocalı soyqırımı ilə bağlı keçirilmiş beynəlxalq konfransdan da
bəhs edilir. Vurğulanır ki, tədbir İtaliya ictimaiyyətini Dağlıq
Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı
məlumatlandırmaq məqsədi ilə keçirilib.
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"