Kürün suyu artıb
Bizi izləyin

Qırmızı.az

Kürün suyu artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Aprelin 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 268 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunur. Belə ki, Kür çayının Surra məntəqəsində 65, Şirvanda 12, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 53 sm artım, Bankədə isə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 476 sm, Şirvanda 263 sm, Salyanda 205 sm, Bankədə 192 sm, Araz çayının Novruzlu məntəqəsində isə 243 sm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm