Qırmızı.az
Magistratura imtahanının nəticələri 2 günə açıqlanacaq
İmtahanda iştirak edən bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb
Martın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat
xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki,
komissiyada ali təhsil müəssisələrinin magistratura səviyyəsinə
2014/2015-ci tədris ili üçün qəbul imtahanının martın 2-də
keçirilmiş birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların
müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.
TQDK-nın bakalavrlar Apelyasiya komissiyasına 3-5 mart tarixlərində
saat 10.00-dan 17.00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə
şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi
respublikanın 6 şəhərində aparılıb. İmtahanda iştirak etmək üçün
24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874
nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib.
Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır.
Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə
əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü,
ən gənc isə 1995-ci il təvəllüdlüdür.
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ