Qırmızı.az
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam pəncərəsi çərçivəsində ipotekanın verilməsini müvəqqəti dayandırıb. Bunu Trend-ə ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə deyib.
Onun sözlərinə əsasən, bu qərar bazarda yaranmış vəziyyətlə bağlıdır. Fevralın 21-də baş vermiş manatın devalvasiyasından sonra banklar kreditlərin verilməsini azaltdılar, bəziləri isə onu tamamilə dayandırdılar.
B.Qurbanzadə qeyd edib ki, İslam bankçılıq pəncərəsi vasitəsilə ipotekanın maliyyələşdirilməsi ABB-nin startegiya və siyasətindən tam asılıdır: "Hazırda bu layihənin və onun imkanlarını yenidən qiymətləndiririk, buna görə də ipotekanın verilməsini müvəqqəti dayandırmışıq".
O, İslam pəncərəsi çərçivəsində ipotekanın maliyyələşdirilməsinin nə vaxt bərpa ediləcəyini açıqlamaqda çətinlik çəkərək vurğulayıb ki, bu, bank rəhbərliyinin qərarından asılıdır.
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO