Qırmızı.az
Tələbələrin təqaüdlərinin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlanıb
Azərbaycan Təhsil Nazirliyi ali təhsil sistemində dövlət sifarişi əsasında oxuyan tələbələrə təqaüdün ödənilməsi sisteminin dəyişdirilməsini təklif edən yeni mexanizm hazırlayıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri
Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə
deyib.
Nazirin sözlərinə görə, mövcud təhsil sisteminə uyğun olaraq,
ali məktəbə qəbul üçün imtahanlar mərkəzləşdirilmiş şəkildə
keçirilir: "İmtahanda yüksək bal toplayan və dövlət hesabına təhsil
almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində
(bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərtilə
təqaüd almaq imkanı qazanırlar. Beləliklə, biz bir dəfə
keçirdiyimiz bilik qiymətləndirməsi əsasında 4 il ərzində tələbəyə
dövlət tərəfindən təqaüdün verilməsi barədə qərar veririk. Ancaq bu
mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən
məsələlər var. Təhsil prosesi də rəqabətli olmalıdır, çünki bu,
daha yüksək nəticələrə gətirib çıxarır".
M.Cabbarov bildirib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüd fərqləndirilir: "Yeni mexanizmə əsasən, tələbə dövlət tərəfindən təhsil haqqının ödənilməsi hüququnu əldə etsə də, onun hər ay təqüd alıb-almamasını təhsil prosesi, tələbənin akademik nailiyyətləri göstərəcək.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO