Qırmızı.az
Üzeyir Hacıbəyovla Stalinin yazışmaları üzə çıxdı
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Böyük Vətən Müharibəsi illərində SSRİ Dövlət Müdafiə Komitəsinin rəhbəri İosif Stalinə yazdığı məktub ortaya çıxıb.
Publika.az xəbər verir ki, dahi bəstəkarın Ali Baş Komandana yazdığı məktuba İosif Stalin də cavab verib.
Publika.az həmin yazışmaların mətnini təqdim edir:
“Əziz İosif Vissarionoviç! Vətənpərvər hisslərim və faşist
işğalçılarının darmadağın olunmasına doğma Qızıl Ordumuza əlimdən
gələn köməyi etmək kimi sarsılmaz istəyim ilə yanaraq mən Dövlət
Bankına şəxsi əmanətlərimdən “Azərbaycan İncəsənəti” tank
dəstəsinin istehsalı üçün 25.000 rubl köçürmüşəm. Qoy ölkəmizin
incəsənət işçilərinin vəsaitlərinə istehsal olunmuş tanklar,
xalqımızın vəsaitinə hazırlanmış minlərlə digər tanklarla birgə
Sizin dahi rəhbərliyiniz altında mənfur düşmənə sarsıdıcı zərbəni
vursunlar.
Bəstəkar Üzeyir Hacıbəyov”
Bu da Ali Baş Komandanın dahi bəstəkara cavab məktubu: “Qızıl ordunun zirehrli qüvvələrinə göstərdiyiniz qayğıya görə sizə təşəkkür edirəm, yoldaş Hacıbəyov. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin. – İosif Stalin”.
Anar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu