Dini komitənin səlahiyyətləri artırıldı
Bizi izləyin

Qırmızı.az

Dini komitənin səlahiyyətləri artırıldı

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib.

Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm