Qırmızı.az
İsmayıllıda sürüşmə təhlükəsi – tikintiyə icazə verilməyəcək
“İsmayıllının Xankəndi kəndində baş verən sürüşmə aktivdir. Daha bir ev də yaşayış üçün tam yararsız haldadır”.
Bu sözləri Publika.az-a İsmayıllı rayon İcra Hakimiyətinin fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, artıq iki evin yalnız damı qalıb, üçüncü evdə də böyük çatlar yaranıb, hər an uça bilər.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, baxış keçiriblər. Fövqəladə Hallar Nazirliyindən də gəlib baxış keçirib rəy verəcəklər. Rəylər sonda Nazirlər Kabinetinə təqdim ediləcək. Hələ ki digər sakinlərin köçürülməsi ilə bağlı qərar yoxdur”.
Evləri uçmuş sakinlərin yeni evlə təminatına gəlincə, R.Ağayev bununla bağlı iş aparıldığını dedi:
“Həmin ailələr kəndin digər ərazisində torpaq sahəsi ilə təmin ediləcək. Hazırda İcra Hakimiyyəti həmin torpaq sahəsinin müəyyən edilməsi istiqamətində iş aparır. Onlara ev tikintisi məqsədilə yardım edilməsi də müzakirə olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev sürüşmə baş verən ərazidə evlərin təhlükədə olduğunu deyib:
“Sürüşmənin uzunluğu 2.5-2.7 km, eni 460 metrə qədərdir. Bu vaxta qədər 3 ailə tamamilə köçürülüb, daha üç evdə isə təhlükə var. Onların təhlükəsizliyinə tam təminat vermək mümkün deyil. Sürüşmə hələ də, aktivdir. Sürüşmə ekzogen-geoloji proseslər nəticəsində baş verib. Ərazi sürüşməyə meyllidir. 2000, 2013-cü illərdə də orada sürüşmə olub. Ərazidə təkrar tikinti aparılmasına icazə verilməyəcək”.
Gülxar
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan