Qırmızı.az
TQDK nəticələri yaxın günlərdə elan edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da mərkəzləşdirilmiş qaydada bu il ərzində sonuncu buraxılış imtahanı keçirib.
TQDK-dan Publika.az-a verilən xəbərə görə, 9-cu
sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 2 saat
ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat
15:00-da başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
Bu dəfə buraxılış imtahanı Xocavənd, İmişli, Füzuli, Beyləqan,
Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı,
Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən
orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan
( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanları keçirib.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ
qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi
binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə
olub.
Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılmış
və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan
protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin
yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO
-
Dünya08:00Yer kürəsinin forması tədricən dəyişir
-
İKT07:47“Yandeks” böyük “suveren” süni intellekt hazırladı






























.jpg)


