Dünya
Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur
ABŞ-ın Florida ştatı sahillərində mülki gəmi İranın “Şahed-136” kamikadze pilotsuz uçuş aparatının (PUA) ABŞ istehsalı klonunu aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The War Zone” yazıb.
PUA Meksika körfəzində, ABŞ Hərbi Hava Qüvvələrinin "Eqlin" aviabazasının yaxınlığında “Hot Spots Charters” şirkətinə məxsus balıqçı gəmisinin ekskursiya zamanı keçirdiyi axtarış nəticəsində sudan çıxarılıb.
Nəşrin məlumatına görə, PUA xarici görünüşünə görə ABŞ istehsalı olan “Low-Cost Uncrewed Combat Attack System” (LUCAS) aparatına bənzəyir. Bu PUA əvvəlcə “SpektreWorks” şirkəti tərəfindən FLM-136 adı ilə hazırlanıb. Aparat təlimlər zamanı İranın “Şahed-136” kamikadze dronlarını imitasiya etmək üçün nəzərdə tutulub.
Qeyd edirlir ki, "Eqlin" aviabazası PUA-nın itirildiyini təsdiqləyib. Lakin hərbçilər aşkarlanan aparatın konkret modelini açıqlamayıblar.
Müəllif: Adəm
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı































