Qırmızı.az
Tələbənin Avropa Oyunları ilə bağlı fotosərgisi açılıb - FOTOLAR
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi keçirilir.
Publika.az xəbər verir ki, sərginin təşkil olunmasında əsas məqsəd İlk Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.
ADİU-nun Texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət fotoları sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Paytaxt sakinləri və turistlərin marağına səbəb olan sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.
“Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi iyunun 21-nə kimi davam edəcək.
Gülnar Əliyeva
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO