Qoroskop
Astroloji proqnoz - 25 dekabr
Qoç - maliyyə və ya əmlak məsələlərinin
müzakirəsi, çözülməsi üçün əlverişli gündür. Sizi aldatmaq çətin
olacaq. Aldığınız istənilən informasiyanı, xəbəri, məlumatı
yoxlamaq istəyirsiniz və düz də edirisiniz.
Görüşlər, o cümlədən planlaşdırılmamış təmaslar mümkündür.
Cəmiyyətdə və ya çalışdığınız sahədə yüksək mövqe tutan insanla bir
araya gələ bilərsiniz.
Buğa - bu gün kiminləsə mübarizə aparmaq
istəyirsiniz, amma yaxınlıqda özünüzə tay rəqib görmürsünüz.
İnadkarlıq edərək belə potensial rəqib axtarışlarına yollanmayın.
Yaradıcı, qurucu əməklə məşğul olun.
Bu gün yeni nə isə öyrənmək, əvvəl başlanmış işləri başa vurmaq
şanslarınız çoxdur.
Əkizlər - Parlaq təəssüratlar və maraqlı hadisələr arzulasanız da, ehtiyatlı davranın, düşünülməmiş addımlar atmayın. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Planlaşdırılmamış xərclər də istisna deyil.
Xərçəng - yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.
Şir - bu gün pula ehtiyacınız artacaq. Pul
qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər.
Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə
kifayətlənin.
Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə
salın.
Qız - çətinliklərlə üzləşəndə yardımınıza gələ
biləcək insan olmalıdır.
Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin
başlanması mümkündür.
Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.
Tərəzi - bu gün düşünülməmiş hərəkətlər edə
bilərsiniz. Tamah qurbanı olmayın.
Ünsiyyətə tələbat hiss edəcək, yeni tanışlıqlara can
atacaqsınız.
Belə tanışlıqlara ciddi yanaşmayın. Unutmayın ki, yaxın ətrafınız
bu gün əhavalınıza önəmli təsir imkanlarına malikdir. Yanında
özünüzü narahat hiss etdiyiniz insanlardan uzaq durun.
Əqrəb - bu gün ciddi olduğunuzdan mühüm və məsuliyyətli işlərlə məşğul ola bilərsiniz. İstirahətə, qüvvələrinizin bərpasına vaxt tapa bilməyəcəksiniz. Yaşlı, təcrübəli insanlarla ünsiyyət xeyirdir. Onların bilik və təcrübələrindən yararlana bilərsiniz.
Oxatan - imkanlarınız hüdudsuz olmasa da, bu gün zəifliyinizi etiraf etmək istəməyəcəksiniz. Məqsədinizə çatmaq üçün dəfələrlə cəhd göstərəcəksiniz. Hər halda gün maraqlı keçəcək. Əyləncələr, qəfil alış-verişlə bağlı planlaşdırılmamış xərclər mümkündür.
Oğlaq - valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Dolça - sizdən mütləq şəkildə nəyisə gizlədən
insanlarla təmaslar istisna deyil. Onları ifşa etməyə çalışsanız
da, səyləriniz nəticə verməyəcək. Romantik münasibətlərinizin
yarana biləcəyi insanla tanışlıq üfüqdə görünür.
Balıqlar - sizə maraqlı olan insanda xoş təəssürat
yaratmaq, yaxın ətrafınızın rəğbətini qazanmaq üçün əlverişli
gündür. Maraqlı saatlar arzulayırsınız. Əks cinsin mənsubları
sizinlə maraqlanacaqlar. Təriflər də istisna deyil.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu