Qoroskop
Astroloji proqnoz - 13 iyul
Qoç - günün ilk yarısı xoş emosiyalar vəd edir.
Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və
şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni
tanışlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə
uyğun davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz.
Yaşam təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa - ciddi iş planlaşdırmayın: bu gün işdəki
vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz.
Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam
gətirmir. Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya
bilərsiniz. Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi
problemlər yarana bilər, mübahisə və münaqişələr mümkündür. Axşama
doğru səhhətiniz pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə
bilərsiniz.
Əkizlər - yeni gün uğur vəd edir. Kommersiya və
biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə
qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını
artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq
müşahidəçiyə dönməyin. Zahiri görünüşünüzə fikir verin.
Maraqlandığınız şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - tapşırıqları və sifarişləri vaxtında
yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can
atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə
təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini
qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.
Şir - cazibədarlığınız sayəsində çox şeyə nail
olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu
gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm
işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə
olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün
davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can
atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola
bilər.
Qız - günün ilk yarısı yorucu, usandırıcı təsir
bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə
yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün
əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru
hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət
müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - fantaziyanıza güc versəniz, dolğun,
maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir.
Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan
tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə
bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki,
bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə
xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən
düzgün nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən
qaçmayın - bütün sahələrdə reallığın üzünə baxmaq vacib və
faydalıdır.
Əqrəb - əvvəlki günlərdən fərqli olaraq daha
asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq.
Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini
dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın.
Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə
alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə
dostlardan biri ilə görüşəcəksiniz.
Oxatan - cari problemləri unutmayın, onların
həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi
münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş
keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə
edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni
faydalı əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan
situasiyanın çözülməsində dadınıza çatacaq.
Oğlaq - danışıqlar vasitəsilə istənilən
problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv
əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız
məlumatları yoxlayın. Hər sözə inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa
biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin.
Vədləri unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.
Dolça - günün ilk yarısı yaxşı başlayacaq.
Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin.
Diqqətinizi əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir.
Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin.
Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi
istisna deyil.
Balıqlar - ağır zəhmətə, intensiv fəaliyyətə
hazır olun. Məişət qayğıları və problemlərin sayının artması
əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb
olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin.
Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı
insanların dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə,
yeni layihənin başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı
keçirin (Milli.Az).
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR