Uçqun nəticəsində 10 nəfər öldü: 11 nəfər itkin düşdü
Bizi izləyin

Qoroskop

Uçqun nəticəsində 10 nəfər öldü: 11 nəfər itkin düşdü

Himalay dağlarının Hindistan hissəsində baş verən qar uçqunu nəticəsində 10 alpinist tələbə ölüb, 11-i isə itkin düşüb.

Publika.az xəbər verir ki, Uttarakhand əyalətinin polis rəisi Aşok Kumar dövlət sərhədləri daxilində yerləşən Qarhval Himalay dağlarında 29 alpinistin olduğu zirvədə qar uçqunu baş verdiyini açıqlayıb.

8 alpinistin xilas edilərək müalicə altına alındığını bildirən Kumar axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

"Press Truth India" saytı isə 10 alpinistin öldüyünü, 11 alpinistin isə itkin düşdüyünü açıqlayıb.

Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının rəsmisi Amit Kovdhary bildirib ki, Hindistan alpinizmi tarixində ilk dəfədir, bu qədər böyük qrup alpinist kursantları uçqun altında qalaraq ölüb.

Uttarakhand əyalətinin baş naziri Puşkar Singh Dhami, Milli Fəlakətlərə Cavab Qüvvələrinin və Hindistan ordusunun xilasetmə işlərinə kömək etmək üçün qruplar yerləşdirdiyini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Himalay dağlarında bir buzlağın qopması nəticəsində baş verən sürüşmə və daşqınlarda ən azı 200 nəfər ölüb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm