ŞƏRQ TƏQVİMİNƏ GÖRƏ 2024-cü ildə bizi nələr gözləyir? - Kimi sərvət içində üzəcək, kimi də...
Bizi izləyin

Qoroskop

ŞƏRQ TƏQVİMİNƏ GÖRƏ 2024-cü ildə bizi nələr gözləyir? - Kimi sərvət içində üzəcək, kimi də...

2024-cü il kimlərə düşərli olacaq? - İllərə görə ULDUZ FALI

Astroloq, psixoloq, müstəqil ekspert Anna Qusayeva şərq təqviminə görə, 2024-cü ilin proqnozunu hazırlayıb.

Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, 2024-cü il dəyişiklik və bolluq rəmzi olan Yaşıl Taxta Əjdaha üzərində təhvil olacaq.

Əjdaha Çin zodiak dairəsinin yeganə mifik iştirakçısıdır və onun himayəsində olan il həmişə sürprizlər, fantastik təsadüflər və taleyin dönüşləri ilə zəngindir. Bu yeganə dövrdür ki, hətta ən qeyri-real məqsədlər bütün şərtlərə baxmayaraq həyata keçir.

Bəs Çin təqviminə görə, bizi qarşıda nə gözləyir?

Siçan (1948; 1960; 1972; 1984, 1996, 2008, 2020)

2024-cü ildə Siçan daim iki yol ayrıcında dayanacaq. Sizi parlaq karyera perspektivləri gözləyir. Dəyişməyə və addım atmağa kifayət qədər cəsarətiniz varmı? Gəlir artacaq, bəs siz artan bu cazibəyə qarşı dura biləcəksinizmi? Qərar vermək sizin ixtiyarınızdadır. İl ərzində bir çox mübahisəli işlərin olacağına baxmayaraq, diqqətiniz yenə də partnyorunuzla münasibətiniz və öz sağlamlığınız üzərində qalacaq.

Öküz (1949, 1961, 1973, 1985, 1997, 2009, 2021)

Yaşıl Taxta Əjdaha İli Öküz üçün həyatın demək olar ki, bütün sahələrində davamlı tərəqqi ili olacaq. Karyera perspektivləri böyükdür - qətiyyətli olun və istənilən işə məsuliyyətlə yanaşın. Şəxsi münasibətlər sevinc gətirəcək, xüsusən də karyera və ailə arasında tarazlıq tapa bilsəniz. Sizə bunda stressi idarə etmək üsulları kömək edə bilər. Bir hobbi tapın və ya idmanla məşğul olun.

Pələng (1950, 1962, 1974, 1986, 1998, 2010, 2022)

Pələnglər üçün Əjdaha çoxlu eniş-yoxuşları olan dinamik bir il vəd edir. Çox yüksəklərə qalxmamağa və qərarlar qəbul edərkən ehtiyatlı olmağa çalışın. Şəxsi həyatınızda qarşılıqlı anlaşılmazlıq səbəbindən çətinliklər yarana bilər. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin - bu, bir çox problemlərin öhdəsindən gəlməyə kömək edəcək. İlin sonu sabitlik və firavanlıq gətirəcək, eyni zamanda soyuqqanlılığınızı qorumağa çalışın.

Dovşan (1951, 1963, 1975, 1987, 1999, 2011, 2023)

Riskləri düzgün hesablaya bilsəniz, gələn il bəzi müsbət dəyişikliklər gətirəcək. Bu il üçün hədəflərinizi planlaşdırdıqda çevik olun - müəyyən məqamda onlar kəskin şəkildə dəyişə bilər. İl şəxsi və mənəvi inkişaf yolu ilə gedənlər üçün xüsusilə uğurlu olacaq. İmpulsiv qərarlar və addımlardan qaçmağa çalışın.

Əjdaha (1952, 1964, 1976, 1988, 2000, 2012)

2024 sizin iliniz olsa da, həyat qələbələrdən ibarət olmayacaq. İli mümkün qədər uğurlu etmək üçün özünüzdən həddindən artıq razı olmayın. Xəyallarda deyil, indiki anda yaşamağa çalışın. Şəxsi həyatınızda çevik davranmağa və güzəştə getməyə hazır olun. Öz inkişafınıza diqqət yetirin, sizin daxilinizdə böyük güc gizlənir.

İlan (1953, 1965, 1977, 1989, 2001, 2013)

İlan ilində dünyaya gələnlər Yeni ildə hər hansı problemin həllinə strateji yanaşmalıdır. Dərhal mənfəəti hesablamayın, qərarlarınızın nəticələrini düşünün. Şəxsi həyatınızda harmoniya hökm sürəcək və ulduzlar bu şərq bürcünün tənha nümayəndələrinin xüsusi bir insanla görüşəcəyini proqnoz verir. Dəyişiklikdən qorxmayın - bu qaçılmazdır. Əvvəlcə onlara uyğunlaşmağa çalışın, daha sonra onların gətirdiyi üstünlüklərdən istifadə edin.

At (1954, 1966, 1978, 1990, 2002, 2014)

2024-cü ilin necə keçəcəyi özünüzdən asılıdır. Odur ki, əhəmiyyətsiz olan hər şeyi bir kənara atıb bütün fikrinizi vacib məsələlərə kökləyin. Çox sərfəli görünsə belə, səhv hesab etdiyiniz hər şeydən uzaq durun. Sağlamlığınızın qayğısına qalın, şəxsi münasibətlərinizdə isə maraqların balansını gözləyin.

Qoyun (1955, 1967, 1979, 1991, 2003, 2015)

2024-cü il sizin üçün bütün ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəyiniz bir dövr olacaq. Həmkarlarınız yaradıcılığınıza görə, yaxınlarınız isə şəfqətinizə görə təşəkkür edəcəklər. Sizi bir çox maraqlı və müsbət hadisələr gözləyir, lakin çətinliklərdən qaçmaq olmaz. Belə anlarda səbirli və israrlı olun. Şəxsi həyat yeni görüşlərlə zəngin olacaq. Hədəflərinizdən möhkəm yapışın, onlar gec və ya gec sizi uğura aparacaq.

Meymun (1956, 1968, 1980, 1992, 2004, 2016)

Taxta Əjdaha ili Meymun üçün çətinliklərlə dolu bir imtahan ili olacaq. Bacarıqlarınız çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək, təbii yumor hissi isə istənilən vəziyyətdə müsbət münasibət saxlamağa kömək edəcək. Vaxtınızı xırda şeylərə sərf etməyin, diqqətinizi əsas məqsədlərə yönəldin. O cümlədən şəxsi münasibətlərdə ünsiyyətə daha açıq olun.

Xoruz (1957, 1969, 1981, 1993, 2005, 2017)

İl xüsusilə karyera sahəsində uğurlu olacaq. Sizi burada tamamilə yeni və maraqlı perspektivlər gözləyir. Özünüzü tamamilə yeni bir sahədə sınaya bilərsiniz. Hadisələrə həddindən artıq tənqidi yanaşmaqdan çəkinin. Komandada işləməyi öyrənin, təşkilatçılıq bacarıqlarınızdan istifadə edin. Şəxsi həyat kompromislər və qarşılıqlı anlaşma əsasında qurulacaq.

İt (1958, 1970, 1982, 1994, 2006, 2018)

Yeni il itin həyatına sabitlik gətirəcək. Ancaq bu, o demək deyil ki, il istirahətdən ibarət olacaq. Hər işdə əlinizdən gələni etməyə çalışın. Karyera yüksəlişləri mümkündür, lakin kardinal dəyişiklik olmayacaq. Tərəfdaşlarla əməkdaşlıq və bir-birinə sıx bağlı olan komandada işləmək sizə daha çox müvəffəqiyyət gətirəcək. Dürüstlüyünüz və nizam-intizamınız yüksək qiymətləndiriləcək. Bu il şəxsi həyatınızda sevgilinizlə münasibətlərinizdə inam və sədaqəti qorumaq xüsusilə vacibdir.

Donuz (1959, 1971, 1983, 1995, 2007, 2019)

2024-cü il sizin üçün fürsətlər ili olacaq. Təcrübənizə və istedadınıza böyük ehtiyac olacaq və bu, sizə tezliklə şöhrət və imtiyazlar qazandıracaq. Başqalarına qarşı mehriban və səxavətli olun. Çətin vəziyyətlərdə küləyə qarşı çıxmağa çalışmayın, istənilən bir tufanın sakitləşməsini gözləmək daha yaxşıdır. Yaradıcılığınız dəyişən şərtlərə uyğunlaşmağa kömək edəcək və böyük uğur qazanmağa çox yaxın olacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm