Qoroskop
Onlara pul "havadan" gəlir - Şanslı bürclər
"Şans"dan danışırıqsa, bilməliyik ki, o təsadüfi gəlmir. Şans çalışana, iradə göstərənə, öz gücünə inanana gəlir.
Lakin, bəzi insanlar var ki, onların həyat yolu uğurla paralel addımlayır. Astroloqların rəyinə görə bu xüsusiyyətləri özündə daşıyan üç bürc var - Oxatan, Şir və Əkizlər.
Oxatan - daim irəli baxan, risk etməkdən çəkinməyən, qərar verərkən tərəddüd etməyən bir bürcdür. Onların xasiyyəti müstəqillik və cəsarətlə seçilir. Belə insanlar heç vaxt yerində saymır. Çünki onlar yaxşı bilirlər - uğur hərəkətdədir. Və bu fəallıq onların həyatında yeni qapılar açır.
Şir - özünəinamı yüksək olan, liderlik keyfiyyətlərini daşıyan bir bürcdür. Onlar heç vaxt arxa planda qalmaqla razılaşmır. Çünki ruhlarında idarə etmək, yön vermək, irəli aparmaq arzusu var. Şir bürcü olan insanlar uğuru cəlb edir. Onlar əminliklə hərəkət edirlər və nəticə də ortadadır.
Əkizlər - çevik düşüncəsi, praqmatik yanaşması və məntiqi zəkası ilə seçilən bürcdür. Onlar informasiyanı tez qavrayır, dəyişikliklərə tez uyğunlaşır və hadisələrə rasional yanaşırlar. Belə xüsusiyyətlər şans deyilən anlayışı özü ilə gətirir.
Bu üç bürc - Oxatan, Şir və Əkizlər - həyatda öz yolunu tapan, geriyə baxmayan və daim inkişaf edən insanları təmsil edir. Bu, onu göstərir ki, istedad, zəhmət və qətiyyət olduğu yerdə şans özü gəlir. Bunu həm ulduzlar, həm də həyatın reallıqları sübut edir.
(Milli.az)
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)
.jpg)






.jpg)


















