Qoroskop
Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
Publika.az bu günün qoroskopunu təqdim edir.
Qoç: Özünə inam adətən çatışmayan xüsusiyyətiniz deyil, lakin bu gün bunun çox olması problemlər yarada bilər. Ağıl planeti Merkuri retroqrad (geriləmə) fazasından keçərkən təkcə özünə inam kifayət etməyəcək - əsl uğur həm də güclü planlaşdırma tələb edəcək.
Buğa: Heç vaxt israfçı olmamısınız, lakin pul xərcləməyə gəldikdə biraz rahatlaşacağınıza dair əlamətlər var. Bunun özlüyündə heç bir pis tərəfi yoxdur, amma özünüzü itirməyin və ala bilməyəcəyiniz şeylərə görə pul səpələməyin.
Əkizlər: Dostluqlar bu gün çox əyləncəli olacaq və xüsusi bir dost sizi ən gözəl şəkildə yoldan çıxara bilər. Əgər romantika gündəmə gələrsə, başlanğıcda bunu yüngül və rahat saxlamağınız tövsiyə olunur, çünki bu, sadəcə ötəri bir macəra ola bilər.
Xərçəng: Yeni bir şeyə keçməzdən əvvəl bu gün başladığınız işi bitirin. Bir tapşırıq hətta 95 faiz tamamlanmış olsa belə, onun üstündə durmalı və axıradək getməlisiniz, əks halda həmin qalan beş faiz sizə sonradan çoxlu problemlər yarada bilər.
Şir: Məhv olmaz(dağılmaz) olduğunuzu düşünə bilərsiniz, amma dərindən bunun doğru olmadığını bilirsiniz, ona görə də bu gün daxili səsinizə qulaq asın və əgər o, sizə bir az geri çəkilməyi söyləsə, dərhal bunu edin. Həmişə hücum mövqeyində olmaq məcburiyyətində deyilsiniz!
Qız: Məmnun olmadığınız bir vəziyyət növbəti 24 saat ərzində dəyişdirilə bilər və dəyişdirilməlidir. Hətta başqalarını əhatə edən bir məsələ olsa belə, onu yoluna qoymaq sizin məsuliyyətiniz olacaq. Danışın və hər kəsə onlardan nə gözlədiyinizi bildirin.
Tərəzi: Bu günlə həftəsonu arasında dünyanızı alt-üst edəcək bir şey baş verəcək. Son həftələrdə vəziyyətin nə qədər qarışıq olduğunu nəzərə alsaq, yəqin ki, buna çox etiraz etməyəcəksiniz. Kim bilir, bəlkə də yenidən doğru tərəfinizlə ayaq üstə dayanarsınız!
Əqrəb: Optimizm və həyat eşqi ilə dolu ola bilərsiniz, lakin hamı sizin bolluq düşüncənizi paylaşmır. Onları inandırmaq üçün əlinizdən gələni edin, amma çox da üstə getməyin, əks halda əks-reaksiya (reaksiya) doğura bilərsiniz. Nəticə etibarilə, əgər onlar bədbin olmaq istəyirlərsə, bu, onların öz seçimidir.
Oxatan: Hobbi və ya əyləncə növbəti birkaç gündə çoxlu sevinclər gətirəcək və o, sonda karyeranız qədər sizin üçün vacib ola bilər. Dünyanın sürətlə dəyişdiyi belə zamanlarda başqa bir ehtiyat planınızın olması yaxşıdır.
Oğlaq: İşlədiyiniz və ya biznes qurğunuz kimsə nə qədər etibarlı olduğundan dəm vurursa, təbii ki, şübhələnəcəksiniz. Bu, yaxşıdır. Ağıl planeti Merkuri retroqrad hərəkət edərkən heç kimə tam güvənə bilməzsiniz. Hər şeyi sual altına qoyun və heç nəyə bağlanmayın.
Dolça: Əgər həmkarlarınız fikirlərinizlə razılaşmağa həvəsli deyilsə, iş cəbhəsində dəyişiklikləri zorla həyata keçirməyin mənası yoxdur. Sonradan haqlı olduğunuz, onların isə səhv etdiyi ortaya çıxsa belə, pis hisslər qalacaq və gələcək planları zədələyəcək.
Balıqlar: Bu gün sərf edəcək enerjiniz ola bilər, lakin hamı sizin qədər coşğulu deyil, ona görə də daha asta tempdə hərəkət etməyə üstünlük verənlərə anlayışla yanaşın. Qoymayın onlar sizi geri saxlasınlar, amma onları da məcburi arxanızca sürükləməyin.
(Milli.az)
-
Dünya01:40Baş verənlər “Çernobıl” faciəsini xatırladacaq... - Nobel laureatından 2027-ci illə bağlı qorxunc xəbərdarlıq
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
































