Region
Çavuşoğlu: "Afrini bundan sonra afrinlilər idarə edəcək"
"Afrini yenidən Afrin sakinləri idarə edəcək. Biz buna çalışırıq. Əhali arasıda könüllü olaraq geri qayıdan vətəndaşlar yavaş-yavaş şəhəri abadlaşdırmağa, idarə etməyə başlamalıdırlar. Könüllü geri dönənlər bilməlidir ki, daha burada insanlara pis rəftar və hücumlar olmayacaq. Afrin təhlükəsiz olacaq"
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər Naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, təhlükəsizlik qüvvələrimiz PKK kimi qruplaşmaların buraya yenidən daxil olmasına və dinc sakinlərin həyatına qəsd etməsinə icazə verməyəcək.
Çavuşoğlu şıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın bu gün axşam telefon danışığı aparacağını təkrar vurğulayıb.
O, sözlərinə belə davam edib: "Afrin hər zaman Afrin sakinlərinə məxsus olub, bundan sonra da elə olacaq. Buna görə də bölgəni onların idarə etməsi lazımdır. Buraları tərk etmək məcburiyyətində qalan insanların da geri qayıtmasına çalışırıq.Bizi dəstəkləmək üçün könüllü dönən vətəndaşlara təşəkkür edirik. Biz heç kimi zorla geri qaytarmırıq. Afrindən Türkiyəyə və ya digər yerlərə qaçmaq məcburiyyətində olan qardaşlarımız yaxın zamanda qayıdacaqlar. Burada xüsusilə Beynəlxalq təşkilatlara və bəzi ölkələrə müraciət edirəm. Afrinlə bağlı çox nahaq yerə Türkiyəni günahlandırırsız. Bunun əvəzinə, bu insanlar yenidən öz torpaqlarıma necə qaytara bilərik, onu düşünmək lazımdır. İnsanların buna ehtiyacları var. Bu məsələdə hər kəsi həssas olmağa dəvət edirəm. Bundan sonrakı prosesdə intensiv şəkildə bu işləri davam etdirəcəyik. Biz Suriyanın sərhəd və ərazi bütövlüyünü hər kəsdən çox dəstəkləyirik, bunu da sübut etdik".
XİN rəhbəri bildirib ki, ABŞ ilə yol xəritəsi üzərində çlışırlar: "Ümid edirəm anlaşacağıq. Əgər bu yol xəritəsində razılığa gələ bilsək, Münbiç və digər şəhərlərdə də Fərat sistemindəki idarəetmə modelləri tətbiq ediləcək. Bir şəhərin yüzdə 90-ı ərəblərdən ibarətdirsə, rəhbərlik də ərəblərdə olmalıdır. Ərazini yerli əhali idarə etmədisə, orada sülh və əminamanlıqdan söhbət gedə bilməz".
Könül Cəfərli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR