Türk Ordusu Tel-Rıfata HÜCUMA KEÇDİ - “Zeytun budağı”nda SON HƏMLƏ
Bizi izləyin

Region

Türk Ordusu Tel-Rıfata HÜCUMA KEÇDİ - “Zeytun budağı”nda SON HƏMLƏ

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, yerli mənbələr Türkiyə xüsusi təyinatlıları və Azad Suriya Ordusunun (ASO) bu gün hərəkətə keçdiyini bildiriblər.

Xəbərə görə, yanvarın 20-də başlayan “Zeytun budağı” hərəkatı Tel-Rıfatın alınması ilə tamamlanacaq. “İhlas” agentliyi isə ASO-ya bağlı 10 min döyüşçünün əməliyyata qatılacağını yazıb.

Qeyd edək ki, Tel-Rifat 50 min əhalisi olan və Afrin şəhərindən 25 kilometr cənubi-şərqdə yerləşən şəhərdir. YPG/PKK buranı 2 il əvvəl Suriyanın hökumət güclərinin dəstəyi ilə almışdılar.

Türkiyə KİV-inin daha əvvəl yazdığına görə, Münbiç və Tel-Rıfatın ələ keçirilməsindən sonra Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm