İranlı nazirdən Bakıda SOS: “İŞİD məğlub edilsə də...”
Bizi izləyin

Region

İranlı nazirdən Bakıda SOS: “İŞİD məğlub edilsə də...”

Yaxın Şərq ölkələri İŞİD terror qruplaşması üzərində qələbədən sonra da terrorçuların fəaliyyətindən əziyyət çəkir.

Publika.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“İraq və Suriya xalqlarının müqaviməti sayəsində İŞİD-in ərazi məğlubiyyətinə baxmayaraq, region əvvəlki kimi terror qruplarının qalıqlarından, həmçinin şübhəli yerdəyişmələrdən əziyyət çəkir”, - iranlı nazir deyib.

Onun sözlərinə görə, regional əməkdaşlığın paradiqmasını dəyişdirmək son dərəcə lazımdır. Nazir əlavə edib ki, region ölkələri arasında etibarın möhkəmləndirilməsi üçün regional dialoqun mexanizmi yaradılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm