İranda qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı - Qəzanın səbəbi... - - FOTO
Bizi izləyin

Region

İranda qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı - Qəzanın səbəbi... - - FOTO

11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə getmək məqsədilə havaya qalxan, lakin İranda faciəvi şəkildə qəzaya uğrayan “Başaran” holdinqə məxsus özəl təyyarənin əsas parçası tapılıb.

Publika.az xəbər verir ki, 11 nəfərə məzar olan təyyarənin qara qutusunun əsas hissəsi aşkar edilib.

Qara qutu İran Hava Qüvvələri tərəfindən tapılıb və fotosu paylaşılıb. Beləliklə, faciəvi qəzanın hansı səbəbdən baş verdiyi qara qutudakı məlumatlar sayəsində ortaya çıxacaq. İranda qəzanı araşdıran komanda uçuşla bağlı bütün bilgilərin qeydə alındığı və ağır zərər görən qara qutunu çərşənbə günü tapıblar.

Qeyd edək ki, qəza nəticəsində Türkiyənin nüfuzlu “Başaran” holdinqinin rəhbəri Hüseyn Başaranın qızı, onun 7 yaxın dostu, 1 stüardessa və 2 pilot həlak olmuşdu.

Kapitan pilot Beril Gebeşin cəsədi hələ də tapılmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm