Rusiya ABŞ-ın hücumunun qarşısını belə alır - ŞOK İDDİA
Bizi izləyin

Region

Rusiya ABŞ-ın hücumunun qarşısını belə alır - ŞOK İDDİA

Rusiya Suriyanın hökumət qüvvələrinə raket zərbələrinin qarşısını almaq üçün siqnalkəsici qurğularla ABŞ-a aid pilotsuz uçuş aparatlarının əməliyyatlarına müdaxilə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda “NBC News” nəşri hərbi mənbələrə istinad edərək yazıb.

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erix Pahon isə iddia ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid edərək bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləyib.

Dünən isə ABŞ prezidenti bildirib ki, hərbçilərlə görüşərək 24-48 saat içində böyük bir qərar verəcək.

“Suriyadakı qorxunc hücumu pisləyirəm. Hərbi liderlərlə Suriyadakı vəziyyəti dəyərləndiririk. 24-48 saat içində böyük bir qərar verəcəyik”, - Tramp deyib.

Həmçinin ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar.

Bu gün yayılan xəbərdə isə deyilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın hökumət güclərinə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm