Region
“İran zəif olarsa...” – Ankara Trampın qərarının şok PƏRDƏARXASINI AÇDI
“Bu, Türkiyə üçün bir fürsətdir. BMT-nin də qərarlarına riayət edərək İran ilə ticarəti davam etdirəcəyik”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən deyib.
“Türkiyə olaraq mövqeyimiz bəllidir: İran nə qədər güclü olarsa, Türkiyə də bir o qədər güclü olur. Birinin zəif olduğu coğrafiyada o birinin üstünə çökərlər”, - nazir bildirib.
O əlavə edib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar narahat olmağa əsas yoxdur. Nazir Türkiyə kimi digər ölkələrin də ABŞ-la eyni fikirdə olmadıqlarını söyləyib.
“Yaxın Şərqdəki silah sövdələşmələrinə baxmalıyıq. Bəzi ölkələrin (Körfəzdəki ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nızərdə tutulur –red.) həddindən artıq silahlandığını görürük. İrana qarşı sanksiyaların da bu silahları alan ölkələrin sifarişləri əsasında tətbiqi ehtimal daxilindədir”, - Nihat Zeybekci qeyd edib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib. Tramp söz verib ki, tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək.
ABŞ Maliyyə Nazirliyinin xarici aktivlər üzərində nəzarət üzrə ofisi İran İslam İnqilabı Keşikçilər Korpusuna bağlı olan 9 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.
Ömər Dağlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri